İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan bu dəfə tələsməsə, ona qarşı çevriliş ola bilər" - ŞOK

"Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup hərbçinin qoşulması hökumətə qarşı qiyamın əlaməti sayıla bilər".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, baş nazir Nikol Paşinyan tələsməlidir. Belə ki, həmin hərbçilər özbaşınalıqlarına görə cəzalandırılmasalar, başqa hərbçilər də etiraza qoşula bilərlər.

elxansahinoglu (5).jpg (43 KB)

"Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar. İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır. Əks halda onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar", - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub. İstintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qoşulublar.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR