Onlayn ictimai-siyasi qəzet
“Biz ordu üçün heç nəyi əsirgəmədik və ordumuza güvəndik”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
“Üstəlik, biz bəzi siyasi əlaqələri bilirdik, bəzi şeylərə göz yumurduq. 2018-ci ildən bu günə kimi ordumuzda hökumət “pul yoxdur” dediyi üçün nəsə baş veribmi? Qətiyyən yox. Bəlkə, bizim ən böyük səhvimiz elə orduya inam olub?”, - deyə Paşinyan sual edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ