İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan belə TƏHQİR olundu

“Ermənistanın baş naziri son günlər çox danışıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsinə şərh verməkdən yayınıb. Lakin Zaxarova ad çəkmədən Paşinyanı təhqir etməyi unutmayıb.

“Bütün bu ifadələri yekunlaşdıraraq demək istəyirəm ki, insan öz əməlinə görə məsuliyyət daşımağı bacarmalı, günahkarı axtarmamalı və bunu hər dəfə dayanmadan etməməlidir. Məsuliyyəti özün daşımalı, günahı başqasının boynuna atmamalısan. Siyasətçi, dövlət xadimi ilə ölkəsinin milli mənafeyini düşünməyən yoldan keçən adamın fərqi budur. Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmalısan, əks halda rəqqaslara bənzəyəcəksən”, - deyə Mariya Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR