Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin müşayiəti ilə Azərbaycanla həmsərhəd bölgəyə səfər edib, Tavuşda Bağanis-Kirants sərhəd bölməsinə baş çəkib.
Musavat.com xəbər verir ki, Baş nazir delimitasiyadan sonra orada dislokasiya olunmuş sərhədçilərin xidmət şəraiti ilə tanış olub.
Səfərin detalları açıqlanmır.
N.Paşinyan və onu müşayiət edənlər Azərbaycan ərazilərinə baxıblar, bu zaman binokldan istifadə ediblər.
Qeyd edək ki, həmin bölgədə delimitasiya-demarkasiya işləri aparılıb, sərhəd dirəkləri basdırılıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ