Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam İrəvanda keçirilən yürüş zamanı revanşist qüvvələr tərəfindən Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bu addımı təxribat adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Armenpress”ə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
“Baş nazir Paşinyan bu cür hərəkətləri məsuliyyətsiz və yolverilməz hesab edərək qəti şəkildə qınayır. Beynəlxalq səviyyədə tanınmış, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən fərqli qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat və qızışdırıcı davranışdır”, – deyə mətbuat katibi bildirib.
İqbal RZAYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ