İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX Dağıstanda ƏMƏLİYYAT KEÇİRDİ: Daha bir azərbaycanlı SAXLANILDI - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu Dağıstanın Azərbaycanla sərhədində yerləşən “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində saxlayıb.

Musavat.com xəbər verir ki, o, “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədilə gəzdirməkdə” ittiham olunur.

FTX-nin açıqlamasına görə, Rufullayev Yadulla sənədləri Ukraynada yaşayan və UTX agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə əldə etdiyini etiraf edib. Sənədlər və mobil telefon sonradan Ukraynaya göndərilmək üçün Kurqan vilayətində gizlədilib.

Faktla bağlı Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı düşmənə kömək maddəsi ilə cinayət işi açılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

FTX bildirib ki, cinayətin təşkilində iştirak edən bütün şəxslərin müəyyən edilməsi və onlara sifariş verənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri və istintaq davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR