İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Azərbaycan qarşısında acizdir” - Xaçatryan

“Paşinyan Azərbaycan qarşısında acizdir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif revanşist deputatı Artur Xaçatryan yerli jurnalistlərlə söhbətində bildirib.

“Nikol Paşinyan demək istəyir ki, “Siz nə istədinizsə, verdik, daha nə istəyirsiniz, hər şeyi verməyə hazırıq””, - deyə Xaçatryan söyləyib.

“10 noyabr 2020-ci ildə Azərbaycanın tələblərinə baxın, bu günün tələbləri ilə müqayisə edin. Bütün bunlar ona görədir ki, Paşinyan Azərbaycanın maksimalist siyasətinə qarşı durmağa qadir deyil”, - deyə Artur Xaçatryan vurğulayıb.

Xaçatryanın fikrincə, danışıqlar prosesi yoxdur və Paşinyanın son bəyanları sülh prosesində çıxılmaz vəziyyəti ifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR