İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlamamış qumbara rus əsgərinin sinəsində ilişib qaldı - FOTO

Ukraynada döyüşən rus əsgərinin döş qəfəsinə partlamamış qumbara ilişdikdən sonra bir növ "gəzən bomba"ya çevrilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bombanın partlama riskinə baxmayaraq, həkimlər əməliyyat etmək qərarına gəliblər.

41 yaşlı hərbçi həkimlərin həyatını riskə atmamaq üçün əvvəlcə bunu qəbul etməkdən imtina edib. Daha sonra hərbçi ilə aparılan söhbətlərin nəticəsində onu əməliyyata razı salmaq mümkün olub. Hərbçini zirehli jiletlər geyinərək əməliyyat edən həkimlər onu xilas edə biliblər. 

Patlamamış el bombası Rus askerin göğüs kafesine sıkıştı

Partlayıcı mütəxəssislərin də iştirakı ilə keçirilən əməliyyatda həkimlər bombanı müvəffəqiyyətlə çıxarıblar. Partlayış təhlükəsi səbəbindən əməliyyat xüsusisi diqqətlə həyata keçirilib. 

Bildirilib ki, əməliyyat zamanı bomba partlayardısa, geyindikləri zirehli jiletlərə baxmayaraq həkimlər həyatlarını itirə bilərmiş. 

Musavat.com

Patlamamış el bombası Rus askerin göğüs kafesine sıkıştı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR