Onlayn ictimai-siyasi qəzet
"Əslində, "Yeni Müsavat" Azərbaycan müstəqillik qazanandan sonra media tarixi ilə birgə addımlayıb və öz dəst-xətti olan azsaylı media qurumlarından biridir. Belə uzun zamanda öz dəst-xəttini, aktuallığını saxlamaq, ölkənin ən aparıcı media qruplarından biri kimi faaliyyət göstərmək çox çətindir. Doğrudan da bu kollektiv və kollektivin rəhbərliyi çox böyük işlər görür.
Bu fikirləri Musavat.com-a Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli deyib.
Qəzetin 35 illik yubileyi ilə bağlı təbrikində partiya sədri bildirib ki, "Yeni Müsavat" bu illər ərzində Azərbaycanla bağlı Azərbaycanda və hətta dünyada ən çox sitat gətirilən media qruplarından birinə çevrilib:
"Bu illər ərzində Azərbaycanda parlayıb, tez də sönən onlarla qəzet, sayt, media qurumu olub, amma sabit şəkildə Azərbaycan oxuyucusunun, dinləyicisinin Azərbaycanın əhalisinin, vətəndaşının gözləntilərinə cavab verəcək media qurumu kimi fəaliyyət göstərməsi "Yeni Müsavat" Media Qrupunun böyük uğurudur. Gələcək fəaliyyətində böyük uğurlar arzulayıram və arzu edirəm ki, Azərbaycanda həm xəbər liderliyində öz rolunu daha da artırsın, həm də Azərbaycan əhalisinə daha xoş xəbərlərin, çatdırılmasında bir vasitəçi olsun".
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ