İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament hökumətin iştirakı ilə büdcəyə dəyişiklikləri təsdiqlədi – nələr var

Parlamentin komitə sədrləri dövlət büdcəsinə edilən dəyişikliklərin detallarını açıqladılar; nazir Sahil Babayevdən vacib mesajlar

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Hökumət nümayəndələrinin də iştirak etdiyi iclasda əvvəlcə cari məsələlər müzakirə olundu.

Cari məsələlərin müzakirəsinə yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, bizim iclasımız Azərbaycan tarixində taleyüklü əhəmiyyət daşıyan bir hadisənin ildönümü ərəfəsində keçirilir:

Untitled (1)-54.jpg (172 KB)

“Sabah (bu gün-red.) xalqımız Milli Qurtuluş bayramını dərin ehtiramla qeyd edəcək. Onu da qeyd etmək lazımdır ki, illər keçdikcə biz o zaman Ulu Öndər Heydər Əliyevin o dövrdə göstərdiyi fədakarlığı və qəhrəmanlığı daha da yaxşı anlayırıq.

Ölkədə faktiki olaraq qardaş qırğını başlamışdı, erməni işğalı, separatçılıq meyilləri dövlətin varlığını təhlükə altına almışdı. Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi. Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur”.   

Untitled (2)-51.jpg (286 KB)

Milli Məclisin sədri diqqətə çatdırdı ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir: “Bizim üçün qürurverici bir haldır ki, Ümummilli Liderin böyük siyasətə qayıdışı məhz bu binadan başlayıb”. 

Spiker qeyd etdi ki, Ulu Öndərin qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan, dünyada səsi eşidilən qüdrətli bir dövlətə çevirib”. 

Untitled (3)-47.jpg (240 KB)

Spiker bildirdi ki, yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verdi – müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu, tarixi ədalət öz yerini tutdu. 

S.Qafarova təklif etdi ki, Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar  arzulayaq. Spikerin təklifi alqışlarla qarşılandı.

Milli Məclisin sədri çıxışının sonunda bayramlar münasibəti ilə hər kəsə təbriklərini çatdırdı.  

Untitled (4)-37.jpg (274 KB)

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Sədr ilk dörd məsələnin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı olduğunu və bu məsələlərin müzakirəsi ilə əlaqədar hökumət üzvlərinin iclasda iştirak etdiyini dedi. İlk olaraq “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləndi.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verərək bildirdi ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 35 milyard 236,4 milyon manat təşkil edib:

 “Dövlət büdcəsində təsdiq olunmuş 36 milyard 624,8 milyon manat xərcin 99,5%-i icra olunub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən 5 milyard 881,6 milyon manat vəsait yönəldilib. Sosialyönümlü xərclər ötən ilin dövlət büdcəsinin icrasındaxərclərin 35,8 faizi və ya 13 milyard 50 milyon manathəcmində olub. Ölkənin müdafiə potensialının gücləndirilməsivə silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün xərclərin 19,9% həcmində və ya 7 milyard 246,9 milyon manat vəsait yönəldilib. 2023-cü ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 221,5 milyon manat təşkil etmişdir və bu ÜDM-in 1%-i həcmindədir”. 

Untitled (5)-37.jpg (375 KB)

Komitə rəhbəri qeyd etdi ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5% və yahədəf göstəricisindən 2,5% az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8% və ya hədəf göstəricidən 8,2% az olub.

Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsinin icrasının Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl şəkildə həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması və iqtisadiyyatın stimullaşdırılması ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığını söylədi.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi. 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidentinin Milli Məclisə təqdim etdiyi qanun layihələri müzakirəyə, komitə sədri Tahir Mirkişili tərəfindən təqdim edildi. Komitə sədri diqqətə çatdırdı ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat genişləndirilərək 3 milyard 354,3 milyon manat olacağı təklif edilir. Artırılan gəlirlərin 51,1%-ninqeyri-neft, 48,9%-nin isə neft gəlirləri hesabına formalaşması təklif olunur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 1 milyard 405 milyon manat artırılaraq 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 500 milyon manat artırılaq 6 milyard 400 milyon manata çatdırılması nəzərdə tutulur. 

Untitled (6)-29.jpg (385 KB)

Qeyd olunub ki, mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından250 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılanoptimallaşmanın həcmi isə 851,8 milyon manat təşkil edəcək.

T.Mirkişili bildirdi ki, dövlət büdcəsində gəlirlərin artırılması, xərclər arasında aparılan optimallaşma və kəsirin genişlənməsi hesabına yaranan əlavə vəsaitlərin bir sıra istiqamətlərə yönəldilməsi təklif olunur. Bunlardan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə əlavə 1 milyard 160,3 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılmasına əlavə 807 milyon manat, avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər sahələr üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə 1 milyard 184 milyon manat, Osaka  Dünya  Ekspo sərgisində  iştirak,  beynəlxalq  münasibətlər  və  beynəlxalq fəaliyyət üzrə xərclər, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri xərclər üzrə əlavə 498,8 milyon manat, əsaslı təmir, yenidənqurma və digər əsaslı xərclər üçün 146 milyon manat vəsaitin sərf olunması planlaşdırılır. Bildirildi ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təsdiq olunmuş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121,3 milyard manata artırılması, iqtisadi artım tempinin ilkin təsdiq edilmiş 2,4%-dən 3,8%-ə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4,6%-dən 5,5%-ə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1,7%- dən +0,8%-ə dəyişdirilməsi təklif olunur. Yenidən baxılan büdcə zərfindəneftin 1 barelinin orta illik qiyməti təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətdən 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları səviyyəsində həyata keçirilmişdir.

Untitled-31.jpg (280 KB)

Beləliklə, yenidən baxılmış 2024-cü ilin icmal büdcəsinin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır. İcmal büdcə 2 milyard 111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1 milyard 267 milyon manat azdır.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim etdi. Komitə sədri hər iki layihə barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, komitəyə hər hansı irad və təkliflərin daxil olmadığını dedi. 

Təqdim edilmiş sənədlərə əsasən, Dövlət sosial müdafiə fondunun xərcləri 30,0 milyon manat artırılaraq 6949,9 milyon manata çatdırılır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsiüçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir. Layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.

Musa Quliyev çıxışında sosial müdafiə və sosial təminat xərclərinin azaldılması barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd edib. O, bunun əksinə olaraq,Dövlət sosial müdafiə fondunun gəlirlərinin artımla proqnozlaşdırıldığını və gəlirlərin strukturunda dəyişikliklərinnəzərdə tutulduğunu bildirib. Komitə sədri ölkədə aparılan iqtisadi islahatlar, uğurlu sosial-iqtisadi siyasət nəticəsindəəmək haqlarının artım tempinin yüksəldiyini, gəlirlərin artdığını, şəffaflaşma prosesinin davam etdiyini, Dövlət sosial müdafiə fondunun imkanlarının genişləndirilməsi üçün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrinin qeyd etdiyi məsələlərlə bağlı mediada, o cümlədən televiziyalardalazımi açıqlamaların verilməsini, “dəyirmi masa”nın təşkil edilməsini təklif etdi. Musa Quliyev spikerin tövsiyələrinin nəzərə alınacağını və komitə üzvlərinin bu istiqamətdə fəallıq göstərəcəyini bildirdi.

Qanun layihələri ilə bağlı komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı çıxış edərək fikirlərini, qeyd və təkliflərinin söylədilər. 

Müzakirələrdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirdi. Nazir ölkədə həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əmək haqqının, pensiyaların, sosial müavinətlərin, habelə şəhid ailələrinə, müharibə əlillərinə təqaüdlərin artırıldığını nəzərə çatdırdı. S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində dövlət tərəfindən hər zamanardıcıl və məqsədyönlü tədbirlərin görüldüyünü qeyd etdi. 

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

Daha sonra digər qanun layihələri müzakirə edilərək təsdiqləndi.

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR