İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament hakim Elmira Nağıyevanın səlahiyyətinə xitam verilməsini dəstəklədi

Milli Məclisin plenar iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov layihə haqda məlumat verdi.

 Deputat çıxışında məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında Prezidentin sərəncamina istinad etdi. O bildirdi ki, ötən il 100 hakimin fəaliyyəti araşdırılıb, 14 nəfər hakimin fəaliyyətində isə ciddi nöqsanlar müəyyən edilib. “Hakim Nağıyevanın təkrar qiymətləndirilməsi zamanı kobud süründürməçiliyə yol verildiyi müəyyən edilib. Məhkəmə-hüquq şurası tərəfindən 5 irad məktubu göndərilib”.

Deputat Tahir Kərimli dedi ki, bəzən qərarla qərardadın fərqini bilməyənlər, protokollar yazmağı bacarmayanlar hakim vəzifəsi daşıyırlar.

Müzakirələrdən sonra deputatlar qərar layihəsinin lehinə səs verdilər.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR