İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə üç kürdün qatilinin məhkəməsi bu gün keçiriləcək

Cümə gecəsi Parisdə kürd mədəniyyət mərkəzinin qarşısında 3 nəfəri öldürən fransız bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Le Figaro" qəzeti paytaxt prokurorluğuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, həmin şəxs yenidən xəstəxananın psixiatriya şöbəsindən istintaq təcridxanasına köçürülüb.

Dekabrın 23-də Fransa dəmiryolunun keçmiş əməkdaşı kürd mədəniyyət mərkəzinin yaxınlığında nizamsız atəş açıb. Atəş zamanı üç nəfər ölüb, eyni sayda insan yaralanıb. 69 yaşlı hücumçu hadisə yerində saxlanılıb, o, orta-ağır xəsarətlər alıb. Hücumçu saxlanılma zamanı polisə irqçi olduğunu etiraf edib.

“Le Figaro”nun istintaqa yaxın mənbələrə istinadən verdiyi məlumata görə, qatilin mənzilində axtarış və əlaqələrinin təhlili onun cinayət ortaqlarının olduğu qənaətinə gəlməyə imkan vermir. O, heç bir terror qruplaşması ilə əlaqədə olmayıb və depressiya və “xaricilərə patoloji nifrət”in təsiri altında hərəkət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR