İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə atışma zamanı 5 polis əməkdaşı yaralanıb

Fransanın paytaxtı Parisdə atışma baş verən yerdə toplaşmış kürd icmasının üzvləri ilə əlbəyaxa dava zamanı 5 polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, kürdlər asayiş keşikçilərinə hücum edib, buna cavab olaraq polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bir nəfər saxlanılıb.

Dekabrın 23-də bir nəfər (kişi-red) Parisin onuncu dairəsində, Kürd Mədəniyyət Mərkəzinin yaxınlığında, Enqien küçəsində atəş açıb. O, saxlanılıb, lakin hadisənin motivləri məlum deyil. Atışmanı törədən şəxsin 2021-ci ildə miqrant mərkəzinə hücum etdiyi üçün mühakimə olunduğu iddia edilir.

Son məlumata görə, atışma nəticəsində 3 nəfər ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR