İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris, Tehran və İrəvan Zəngəzur dəhlizi məsələsində sinxron hərəkət edir-Analitik

 

“Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarında yer alan iddialar rəsmi Parisin Ermənistan və “erməni məsələsi” ilə bağlı ənənəvi mövqeyini ifadə etməklə yanaşı, həm də bu ölkənin Ukrayna ilə bağlı məsələlərdə nümayiş etdirdiyi “siyasi imponentliyin” Cənubi Qafqazdakı aktivliklə pərdələnməsinə xidmət edir”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Analitik qeyd etdi ki, Fransa, təkcə Azərbaycan-Ermənistan münasibətlərində təhrikçi tərəf kimi çıxış etmir, bu ölkə eyni yanaşmanı Türkiyə ilə Yunanıstan arasında yaşanan qarşıdurmaya münasibətdə də sərgiləyir:

“Yunanıstanı da Türkiyəyə qarşı aqressiya nümayiş etdirməyə təhrik edən və həvəsləndirən Fransa və onun siyasi potensialından dəfələrlə yüksəklərə hoppanmağa çalışan antixarizmatik prezidentidir. Bu baxımdan, Fransanın həm Cənubi Qafqazda, həm də Egey dənizində nümayiş etdirdiyi təhrikçi-təxribatçı siyasətin təməlində Ermənistan və Yunanıstanın maraqlarından daha çox, Azərbaycan-Türkiyə tandemi, Avrasiya məkanında dəyişən reallıqlar və bu reallıqların içərisində Fransanın yer almaması dayanır. Makronun təxribat xarakterli davranışlarının təməlində dayanan amillərdən biri də Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkiləri və Rəcəb Tayyib Ərdoğan amilidir. Qərb, o cümlədən Fransa Türkiyədə keçirilən seçkilər öncəsi Ərdoğanın və komandasının əldə etdiyi nəticələri sarsıtmağa, mövqelərini zəiflətməyə çalışır.



Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu müddətdə əldə etdiyi ən böyük tarixi uğur Türkiyəni əlaltı ölkədən müstəqil subregional gücə və nüfuzlu qlobal aktyora çevirməsi, ölkəsinin maraqlarını hər yerdə güzəştsiz müdafiə etməsi, terrora qarşı mübarizədə əldə etdiyi nəticələr, Cənubi Qafqazda mövcud olan reallıqların dəyişməsində oynadığı əhəmiyyətli rol və təbii ki, türk-islam coğrafiyasında, bütövlükdə isə Avrasiyada böyük əksəriyyətin qəbil etdiyi, etimad göstərdiyi liderə çevrilməsidir. Bu xüsusda Azərbaycan və Türkiyə prezidentlərinin türk-islam dünyasının həmrəyliyini təmin edə biləcək uğurlu bir tandemə çevrildiklərini də nəzərə almaq lazımdır”.

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan və Türkiyəyə qarşı Fransa və müttəfiqlərinin həyata keçirdikləri siyasətin bir xəttini də İran yürüdür: “Hazırda Paris, Tehran və İrəvanın, xüsusilə də Zəngəzur dəhlizi məsələsində sinxron hərəkət etdiyini görmək mümkündür. Araşdırmalarım nəticəsində əldə etdiyim məlumatlara görə, Paris İrana qarşı sanksiyaların yumşalıdılması, bir çoxunun aradan qaldırılması məsələsində vasitəçi missiyasını yerinə yetirir və Tehrana Zəngəzur dəhlizinin gerçəkləşməsinə davamlı maneə yarada biləcəyi təqdirdə sanksiyaların aradan qaldırılacağı vədi verilib. Amma cənubdakı mollakratiya rejiminin nümayəndələri unudurlar ki, Azərbaycan, Türkiyə və müttəfiqlərinə qarşı savaş 1979-cu ildə Fransadan təyyarə ilə göndərilənlərin siyasi “vərəsə”lərinin ən yaxşı halda “AİR France”-yə (AİR Fransa - Fransa Hava Yolları) məxsus təyyarələrdən biri ilə geriyə göndərilmələrilə yekunlaşa bilər. Regionda olduqca dərin və bütövlükdə Avrasiya məkanının gələcəyini müəyyənləşdirəcək proseslər gedir. Bu gün Şərqi və Mərkəzi Avropada baş verənlərə sevinənlər, tezliklə, ola bilsin ki, noyabr-dekabr aylarında vaxtından əvvəl atılıb-düşdüklərini görə biləcəklər. Havalar tezliklə soyuyacaq, Makronun qəzəbi də həmçinin...”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR