İnsanlara hürriyət, millətlərə istiqlal!

"Papa da bunu edirsə, camaat nə edər..." - ŞOK

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukraynanın yanında olan Avropa və ABŞ müharibəni alovlandırmaq üçün əllərindən gələni etməyə davam edirlər. Xüsusilə, ABŞ-ın Ukraynaya verdiyi hərbi yardım davamlıdır. Müharibəsi dayandırmaq əvəzinə onu alovlandırmaq istəyənlərdən biri də katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskdir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Akit" nəşri yazıb.

"Papa da bunu edirsə, camaat nə edər..." başlıqlı məqalədə qeyd edilib ki, Papa öz bəyanatlarından istifadə edərək Ukrayna-Rusiya müharibəsini daha da qızışdırır.

"Yeni Akit" onun Ukraynaya silah yardımı ilə bağlı bu çağırışına diqqət çəkib:

"Söhbət təkcə Ukrayna-Rusiya problemindən getmir, söhbət həm də silah satışı və silah ticarətindən gedir. Bir neçə ay əvvəl The Economist qeyd edib ki, bu gün sərmayələrdən ən çox gəlir əldə edənlər silah zavodlarıdır. Görürəm ki, bəzi ölkələr silah vermir, bu pis bir şeydir. Ukraynalılar bu gün və tarixdə çox əziyyət çəkiblər. Biz onların problemlərinin həllinə imkan daxilində kömək etməliyik. İndi bəzi ölkələr geri çəkilirlər. Mən görürəm nə edirlər, silah vermirlər...”

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR