İnsanlara hürriyət, millətlərə istiqlal!

Panama yüzdən yuxarı gəminin qeydiyyatını ləğv etdi

Panama Dəniz Administrasiyası beynəlxalq sanksiyalar altında olan və Panama bayrağı altında üzən 107 gəminin qeydiyyatını ləğv edib.

Musavat.com administrasiyanın açıqlamasına istinadən xəbər verir ki, daha 18 gəminin qeydiyyatdan çıxarılması prosesi davam edir.

Administrasiya qeyd edir ki, qərar Panama prezidentinin fərmanına uyğun olaraq qəbul edilib: "Tədbir qeyri-qanuni fəaliyyətlərlə əlaqəli heç bir gəminin və ya gəmi sahibinin Panama bayrağı altında fəaliyyət göstərməyəcəyini təmin edir".

Panama Dəniz Administrasiyası dəqiq olaraq hansı gəmilərin qeydiyyatının ləğv olunduğunu açıqlamayıb. Sadəcə, onların ABŞ, Aİ və Böyük Britaniyanın sanksiya siyahısında olduqlarını qeyd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR