İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda partlayış olub, ölənlər varPakistanda partlayış olub, ölənlər var

Martın 14-də axşam Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən “Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, olay regionun mərkəzi hissəsində yerləşən Xuzdar şəhərində baş verib. Partlayıcı qurğu maqnitlərlə mülki avtomobilə bərkidilib və uzaqdan işə salınıb. Polisin məlumatına görə, hücumun hədəfi partlayış zamanı avtomobildə olan yerli tacir ola bilər.

Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR