İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda evin damının çökməsi nəticəsində doqquz nəfər həlak olub

Pakistanının Gilgit-Baltistan regionunda yaşayış binasının damının çökməsi nəticəsində azı doqquz nəfər həlak olub.

AZƏRTAC “Dawn” qəzetinə istinadla xəbər verir ki, hadisə bazar günü regionun şimalında yerləşən Çilas şəhərində baş verib. Nəşrin məlumatına görə, faciəyə kərpic damın pis vəziyyətdə olması səbəb olub.

Yerli hakimiyyət orqanları bildiriblər ki, ölənlərin səkkizi uşaq, biri isə qadındır. Cəsədləri dağıntılar altından iki saata yaxın davam edən əməliyyatın gedişində çıxarmaq mümkün olub.

Pakistanın Baş naziri Şahbaz Şərif özünün tviter hesabında həlak olanların ailəsinə başsağlığı verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR