Onlayn ictimai-siyasi qəzet
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən kamikadze partlayışı nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə "Dawn" qəzeti əyalətin səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Hadisə yerindəki tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Geo TV-nin məlumatına görə, partlayışı əvvəllər "Təhrik-e-Taliban Pakistan" kimi tanınan "Fitnə əl-Xəvaric" qruplaşmasının kamikadzesi törədib.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ