İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda damın uçması nəticəsində 9 nəfər həlak olub


Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Doon” qəzeti polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.

Qəzetin yazdığına görə, qəfil çökmə nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib. Nəşr qeyd edib ki, iki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR