İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda 116 nəfər HƏLAK OLDU: Fövqəladə vəziyyət ELAN EDİLDİ - VİDEO

Pakistanda yağan güclü musson yağışları ölkənin bir neçə bölgəsində genişmiqyaslı daşqınlara səbəb olub.

Musavat.com xəbər verir ki, təbii fəlakət nəticəsində azı 116 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ən ağır vəziyyət Pəncab əyalətində qeydə alınıb. Regionda fövqəladə vəziyyət elan olunub. Hazırda ərazidə ordu qüvvələri və fövqəladə hallar xidməti əməkdaşları xilasetmə və axtarış işlərini davam etdirirlər.

Qeyd edək ki, Pakistanda hər il musson mövsümündə oxşar fəlakətlər baş verir. İqlim dəyişiklikləri səbəbindən yağışların miqdarının və intensivliyinin artdığı bildirilir.

@@TVmusavat/121714@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR