İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan İrana BALLİSTİK RAKETLƏR verəcək?

Pakistan hökuməti İslamabadın İrana ballistik raketlər verməsi ilə bağlı xəbərləri yalanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Entekhab” saytı yazıb.

Dünən Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Pakistanın İranla raket sahəsində əməkdaşlığa səy göstərməsi ilə bağlı suala cavab olaraq bildirib: “Bu xəbərlər saxtadır, ona görə də bu kritik vəziyyətdə saxta xəbərlər və iddialarla bağlı diqqətli olmalıyıq”.

Qeyd edək ki, daha öncə “The Jerusalem Post” qəzeti ərəb mənbələrinə istinadən yazıb ki, Tehran və Təl-Əviv arasında münaqişə kəskinləşərsə, Pakistan İranda 2750 km-ə qədər məsafədə nüvə yükü daşıya bilən "Şahin-3" ballistik raketlərini yerləşdirməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR