İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub

İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub.

Musavat.com-un oxu.az-a istinadən məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib.

Onun vəziyyəti orta ağır stabildir.

Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR