İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl kanallarda surdotərcüməçiliyin tətbiq edilməsi mümkün ola bilər  

Məlum olduğu kimi, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşəcək.

Bu, fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə bu barədə açıqlama verib.

Musavat.com-un məlumatına görə, o deyib ki, bu ildən dövlət tərəfindən maliyyələşən kanallarda surdotərcüməçiliyin tətbiq edilməsi üçün qanuna dəyişiklik edilməsi üzərində işlər gedir: "Buna Milli Məclisdə müzakirə edildikdən sonra qərar veriləcək. Azərbaycanda surdotərcümə çox azdır. Gələcəkdə özəl kanallarda da surdotərcüməçiliyin tətbiq edilməsi mümkün ola bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR