İnsanlara hürriyət, millətlərə istiqlal!

Özcan Deniz infarkt keçirdi

Özcan Deniz infarkt keçirdi! Həyat yoldaşı Samar Dadgardan ilk açıqlama

Musavat.com xəbər verir ki, məşhur türkiyəli müğənni və aktyor Özcan Deniz ailəsi ilə yaşadığı problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Onun infarkt keçirdiyi müəyyən olunub.

Son zamanlar ailəsi ilə yaşadığı gərginliklərlə gündəmə gələn 52 yaşlı sənətçi, xüsusilə qardaşı Ercan Denizlə problemlər yaşayırdı. Müğənni sosial şəbəkə hesabında etdiyi paylaşımlarda yalnız oğlunun və həyat yoldaşı Samar Dadgarın ona dəstək olduğunu bildirmişdi.

SETDƏ HALSIZLAŞDI, XƏSTƏXANAYA APARILDI

Türkiyə mediasının məlumatına görə, Özcan Deniz ailəsi ilə bağlı xəbərləri gördükdən sonra çəkiliş meydançasında huşunu itirib. O, dərhal xəstəxanaya aparılıb və həkimlər onun infarkt keçirdiyini bildiriblər. İlk tibbi müdaxilədən sonra anjiyo edilən sənətçiyə yaxın günlərdə ürəyinə stent qoyulacağı gözlənilir.

SAMAR DADGARDAN SƏRT REAKSİYA

Özcan Denizin həyat yoldaşı Samar Dadgar sosial şəbəkə hesabında ailəyə qarşı sərt ifadələr işlədib. O, paylaşımında bunları yazıb:

"Bitmədi düşmənçiliyiniz, bitmədi qurduğunuz tələlər! Ona bir şey olsa, dünyanı başınıza yıxaram! Xəstəxanaya gedirəm, nəfəs ala bilmirəm! Özcana bir şey olsa, hamınızı cəhənnəm alovunda yandıracağam! O zaman oturub izləyərsiniz! Hamınızı, bax hamınızı!"

Hazırda Özcan Denizin evində istirahət etdiyi bildirilir. 

 

Musavat.com

Screenshot_1.png (155 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR