İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda xarici dil öyrənən gənclərə stimul verilir

Özbəkistanda xarici dilləri bilən gənclərin əmək bazarına daxil olmasını stimullaşdırmaq məqsədilə onların özəl tədris mərkəzlərində dil öyrənmə xərcləri “2+6” sxemi üzrə ödəniləcək. Bu barədə prezident Şavkat Mirziyoyev fevralın 14-də keçirilən müşavirədə bildirib.

Xüsusən də ilk iki aylıq hazırlığın xərcləri tələbələrin özləri, qalan 6 ayın ödənişi isə dövlət tərəfindən həyata keçiriləcək.

“Qlobal səviyyəyə çıxmaq üçün doğma dillə yanaşı xarici dilləri də bilmək son dərəcə vacibdir. Bu, xüsusilə ticarətdə vacibdir”, - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, xarici dil biliyi C1 səviyyəsində olan gənclər təşəbbüs göstərib ucqar və əlçatmaz ərazilərdə xarici dillər üzrə ixtisaslaşan tədris mərkəzləri açsalar, onlara 120 milyon soma qədər faizsiz kredit veriləcək.

Xatırladaq ki, 2024-cü ilin fevralında keçirilən iclasda xarici dillərin öyrənilməsinə dəstək tədbirləri müzakirə olunub. Daha sonra beynəlxalq dil sertifikatının alınması ilə bağlı xərclərin dövlət tərəfindən ödəniləcəyi, həmçinin 6 aylıq təhsil haqqının ödəniləcəyi bildirilib.

Bundan əlavə, məktəblərdəki istifadəsiz binaların xarici dil müəllimlərinə və tədris mərkəzlərinə pulsuz icarəyə verilməsi nəzərdə tutulurdu.

Özəl dil kurslarında iştirak etmiş və C1 səviyyəli sertifikat almış gənclərə təlim xərcləri, alman, fransız, koreya, yapon və çin dillərində B2 səviyyəli sertifikat əldə etdikdə isə sertifikatın alınması ilə bağlı xərclər ödəniləcək. Büdcə təkcə sertifikat imtahanından keçmək xərclərini deyil, həm də altı aylıq təhsil haqqını ödəyəcək.

Qeyd edək ki, “xarici dil” deyərkən Özbəkistanda əsasən Avropa dilləri (ingilis, alman, fransız dili) nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR