İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda pomidor əsasında COVID-19-a qarşı peyvənd yaradılıb

Özbəkistanda alimlər pomidor əsasında koronavirusa qarşı yeməli transgen peyvəndi yaradıblar.

Musavat.com MIR24-ə istinadla xəbər verir ki, alimlər yeməli peyvəndi 2021-ci ilin yayında sınaqdan keçirməyə başlayıblar. Özbəkistan Elmlər Akademiyasının genomika və bioinformatika mərkəzinin direktoru Zabardast Buriyevin sözlərinə görə, pomidorda sintez olunan COVİD S-proteini bağırsaqlara daxil olur və immunitet sistemini oyadır. İstehsal olunan antikorlar virusla aktiv şəkildə mübarizə aparır.

“Təcrübə bitdi, biz klinikadan əvvəlki testləri başa vurduq, 20 könüllüdən ibarət qrupun iştirakı ilə uğurlu sınaqlar keçirdik”, - deyə mütəxəssis bildirib.

Buriyevin sözlərinə görə, peyvəndin adı “Tomovac”dır. Onun yaradılması haqqında elmi məqalə bu yaxınlarda “Frontiers in Nutritional Immunology” jurnalında dərc olunub.

İlin sonuna qədər özbək mütəxəssisləri “Tomovac”ın 200-300 nəfərin iştirakı ilə klinik sınaqlarını və toksikoloji tədqiqatlarını başa çatdırmaq niyyətindədirlər. Daha sonra bu peyvəndin kapsullaşdırılması və istehsalına başlanması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR