İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistana 115 min əmək miqrantı qayıdıb - İlin sonuna qədər 300 min olacaq

İlin əvvəlindən Özbəkistana 115 min əmək miqrantı qayıdıb.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, ilin sonuna qədər daha 250-300 min insanın geri dönəcəyi gözlənilir.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu gün məşğulluq məsələləri ilə bağlı keçirilən müşavirədə Şavkat Mirziyoyev əmək miqrasiyasından qayıdan vətəndaşların işlə təmin olunmasının və onların sosial problemlərinin həllinə köməklik göstərilməsinin vacibliyini qeyd edib.

Prezident əhalinin məşğulluğu və gəlirləri məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bütün səviyyələrdə rəhbərlərə xəbərdarlıq edib ki, bu məsələdə süstlüyə yol vermək olmaz.

Dövlət başçısı xaricdə işləyən və çətin vəziyyətə düşən həmvətənlərə kömək etmək üçün miqrasiya ilə bağlı vahid məlumat platformasının yaradılması və onun “Mahalla Seven” sisteminə inteqrasiyası ilə bağlı vəzifələr qoyub. O, həmçinin geri qayıdan vətəndaşların işə götürülməsinə göstəriş verib.

Xatırladaq ki, Rusiyada Mərkəzi Asiya respublikalarından olan əmək miqrantlarına münasibətin kəskin pisləşməsi ilə əlaqədar onların bir çoxu, xüsusilə də hərbi mükələffiyyət yaşlı kişilər özlkələrinə dönməyə məcbur olublar. Çünki onları Rusiya vətəndaşı olmağa məcbur edir, ertəsi gün çağırış vərəqəsi verib müharibəyə göndərirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR