İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Rusiyanın “üçlü qaz ittifaqı” ideyasından İMTİNA ETDİ

“Özbəkistan Rusiya ilə kommersiya qazı tədarükü müqavilələri imzalamağa hazırdır, lakin Moskvanın Rusiya və Qazaxıstanla təklif etdiyi qaz ittifaqına daxil olmaq niyyətində deyil”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov danışıb.

Nazirin sözlərinə görə, Daşkənd “qaz müqabilində heç vaxt siyasi şərtlərlə razılaşmayacaq”.

“Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin "bu, texniki müqavilə olacaq" və "müttəfiqlik demək deyil", - Mirzəmahmudov vurğulayıb.

Gələn yeni informasiyalara görə, soyuq qış dövründə Özbəkistan yanacaq çatışmazlığı yaşayır və hətta Çinə gündə altı milyon kubmetr qaz ixracını dayandırmaq məcburiyyətində qalıb. Ölkənin hakimiyyət orqanları təbii qaz, elektrik enerjisi, kömür və mazutun əlavə alınması üçün digər ölkələrlə (onların adı açıqlanmır) danışıqlar aparır. Ölkə mayeləşdirilmiş təbii qazın ixracına da qadağa qoyub.

Qeyd edək ki, “qaz ittifaqı” barədə təşəbbüs Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin noyabrın 28-də Rusiyanın baş naziri Mixail Mişustinlə sonuncu tərəfindən səslənib. Elə həmin vaxt Qazaxıstan lideri təşəbbüsün Rusiya liderinin olduğunu xüsusilə vurğulayıb.

Lakin ekspertlərin fikrincə, ikinci dərəcəli sanksiyalar təhlükəsi olduğundan nə Astana, nə də Daşkənd bunda maraqlıdır.

Hətta Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun sözlərinə görə, onun ölkəsi sanksiyalardan yayınmaq üçün öz ərazisindən istifadə olunmasına imkan verməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR