Onlayn ictimai-siyasi qəzet
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.
Musavat.com Özbəkistanın mediasına (https://qalampir.uz/news/shavkat-mirziyeev-bir-guru%D2%B3-ozarbayzhon-fuk-arolarini-mukofotladi-67701) istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Zakir qızı Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.
Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Məcid oğlu Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Baxşəli oğlu Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Qasım qızı Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.
Musavat.com qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də özbəkistanlı mədəniyyət xadimlərini təltif edib.
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ