Onlayn ictimai-siyasi qəzet
Özbək müğənni Əlişir Nazirov daha bir Azərbaycan mahnısı ifa edib.
Musavat.com xəbər verir ki, o, bu dəfə müğənni İradə İbrahimovanın repertuarına müraciət edib.
Sənətçi konsertində İradə İbrahimovanın illər öncə oxuduğu "Bir bahardır" mahnısını özbək müğənni ilə duet şəklində səsləndirib.
Qeyd edək ki, mahnının musiqisi müğənni və bəstəkar Elçin Cəfərova, sözləri isə Orxan Mürvətliyə məxsusdur. Mahnı 2022-ci ildə işıq üzü görsə də, 3 il sonra TikTok və instaqramda trendə düşərək viral olub.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ