İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovhannisyan: “AB müşahidəçilərinin nələri qeyd etdikləri barədə məlumatımız yoxdur”


“Aİ müşahidəçilərinin sərhədyanı zonada nələri qeydə aldıqları barədə məlumatımız yoxdur. Onların işləri davam edir, vaxtaşırı üzv dövlətlər üçün hesabatlar hazırlayırlar. Biz isə müşahidəçilərdən press-reliz gözləyə bilmərik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 17-də jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovhannisyan Avropa Birliyinin Azərbaycanla sərhəddə Ermənistan tərəfində yerləşdirilmiş müşahidə missiyası barədə danışarkən deyib.

“Məndə olan məlumata görə, onlar öz işlərini kifayət qədər səmərəli şəkildə yerinə yetirirlər. Əvvəllər beynəlxalq diqqətdən məhrum olduğumuz üçün bu sahədə düzgün fəaliyyət aparılmırdı”,-deyə erməni rəsmisi söyləyib.

Xatırladaq ki, bu ilin oktyabrın 17-də AB xarici işlər nazirləri Lüksemburqda keçirilən toplantıda Azərbaycan-Ermənistan sərhədinə 40 müşahidəçinin göndərilməsi barədə qərarı təsdiqləyiblər. Oktyabrın 20-də fəaliyyətə başlayan missiya iki ay üçün nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR