Onlayn ictimai-siyasi qəzet
“Qarabağın təslim olmasından sonra Nikol sakit şəkildə müsahibələr verir, ağlına gələn hər şeyi, hər cür cəfəngiyyatı danışır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vahe Ovannisyan öz məqaləsində yazıb.
“Bu, niyə belədir? Çünki qarşısında sadəcə bir boşluq var. Bir adam bütöv bir xalqı səssiz, gücsüz bir sürüyə çevirib. Nikol alternativsiz oynayır, istədiyini edir, ağlına gələni deyir, reallıq və nəticələr onun vecinə deyil. Nəticə isə, bir qayda olaraq, qurban və torpaq itkisidir. Çünki onun qarşısında ciddi sistem yoxdur - müxalifət, lider, mütəşəkkil cəmiyyət, mütərəqqi ziyalılar, qürurla qaynayan gənclik. Əksinə, şəxsi mənfəət və mülkiyyət naminə biganəlik və susqunluq hökm sürür”, - deyə Ovannisyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ