İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il xaricdə işləyən vətəndaşları Tacikistana 5,7 milyard dollar göndərib

2023-cü ildə miqrantlardan Tacikistana pul köçürmələrinin həcmi rekord həddə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “Asia Plus” qəzeti Asiya İnkişaf Bankının əmək miqrasiyası üzrə hesabatına istinadən məlumat yayıb.

Məlumatdan aydın olur ki, 2023-cü ildə xaricdə işləyən vətəndaşlarından Tacikistana pulköçürmələrinin həcmi 5,7 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur. Qəzet qeyd edir ki, hesabatdakı məlumatlar Dünya Bankının məlumatlarına əsaslanır: “2023-cü ildə Tacikistan pulköçürmələrinin ÜDM-də ən yüksək payı olan ölkələr siyahısına başçılıq edib – 48,2 faiz”. Qəzet 2022-ci ildə respublikaya 5,3 milyard dollar, 2021-ci ildə isə 2,9 milyard dollar məbləğində pul köçürüldüyünü, ondan əvvəl rekordun 2013-cü ildə qeydə alınaraq 3,7 milyard dollar köçürmə qeydə alındığını yazır.

Tacikistan Əmək Nazirliyin fevral ayında açıqladığı məlumata görə, ölkədən əmək miqrantlarının axını 2023-cü ilin sonunda 2022-ci illə müqayisədə 16 faiz azalaraq 775,6 min nəfərdən 652 min nəfərə düşüb. 2023-cü ildə Tacikistandan ən çox əmək miqrantı Rusiyaya gedib - 627 min nəfər, bu, 793,8 min nəfərin getdiyi 2022-ci ildəkindən 15 faiz azdır. Nazirlik qeyd edib ki, ötən il respublikaya qayıdan miqrantların sayı 7 faiz artıb - 2022-ci ildə 551,8 min nəfər olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR