Onlayn ictimai-siyasi qəzet
UEFA Millətlər Liqasının bu gecə baş tutan final oyununda İspaniyanı məğlub edərək (2:2, penaltilər 5:3) ikinci dəfə turnirin qalibi olan Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını harada davam etdirəcəyini açıqlayıb.
Onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Prinsipcə nəsə dəyişməyəcək. "Əl-Nəsr"də qalırammı? Hə".
Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə indiki müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Geridə qalan mövsümdə "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Kriştianu 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. (Fanat.Az)
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ