Onlayn ictimai-siyasi qəzet
May ayında buraxılışı zamanı batmış Şimali Koreya esminesi təmir üçün Rusiya sərhədi yaxınlığındakı Rajin limanına aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı Maxar Technologies-dən iyunun 8-də çəkilmiş peyk görüntülərinə istinadən məlumat yayıb.
Rajin limanı kiçik təmir və texniki xidmət göstərmək üçün təchiz edilib, lakin esminesin qəzasının baş verdiyi Çonqjindəki gəmiqayırma zavodundan fərqli olaraq böyük gəmiqayırma mərkəzi deyil.
Ekspertlər hesab edirlər ki, gəminin Rusiya sərhədinə yaxın limana köçürülməsi Rusiyanın bərpa işlərində mümkün iştirakından xəbər verə bilər.
Yeni 5000 tonluq esmines mayın 21-də buraxılış mərasimi zamanı çevrilib. Şimali Koreya lideri Kim Çen In tədbirdə iştirak edib və qəzanı “məqbul olmayan insident” kimi qiymətləndirib. Şimali Koreyada hərbi gəminin batması ilə bağlıgəmiqayırma zavodunun üç işçisi və bir müdafiə sənayesi rəsmisi həbs edilib.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ