Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müxalifətdə olan revanşist "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (EAK) qarşı addımlar ata biləcəyini istisna etmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Xaçatryan 9 iyun tarixində jurnalistlərə verdiyi açıqlamada danışıb.
Xaçatryan əvvəlki dövrlərdə də hakimiyyətin kilsəyə qaşrı çıxıdğını xatırladıb.
O bunlaırn sırasında katolikosun iqamətgahına zorla daxil olmağa cəhdlər, onun avtomobilini saxlamaq və patriarxın Sardarapata girişinə maneə yaratmaq kimi halları qeyd edib.
Erməni deputatın sözlərinə görə, katolikosun hədəfə alınması, kilsənin İsveçrədə təşkil etdiyi Qarabağ erməniləri ilə bağlı konfransla əlaqəlidir.
Revanşist erməni siyasətçi yaranmış vəziyyətdən ən yaxşı çıxış yolunun Paşinyanın mümkün qədər tez istefaya göndərilməsi olduğunu bildirib.
Katolikosun övladlarının olub-olmaması ilə bağlı suala isə Xaçatryan "xeyr" cavabını verib: “Kilsə Paşinyanın siyasətinə qarşı çıxan yeganə institusional qurumdur. Mətbəx dedi-qoduları isə məni maraqlandırmır”, – deyə erməni deputat vurğulayıb.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ