Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan Ermənistan ərazisindən keçən yüklərə nəzarət olacaq.
Musavat.com-un məlumatına görə, bunu iyunun 9-da yerli jurnalistlərlə söhbətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan deyib.
“Bizim vəzifəmiz istənilən ssenari üzrə gömrük nəzarətini təşkil etməkdir. Söhbət blokadanın aradan qaldırılmasından, sərhədlərin açılmasından gedir. Hazır olmalıyıq. Biz istənilən ssenariyə hazırıq və istənilən ssenariyə uyğun alətlərimiz var ki, bu da bizə istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verəcək”, - Akopyan əmin edib.
Azərbaycandan dəmir yolu ilə Ermənistan ərazisindən yüklərin daşınmasına gəlincə, Dövlət Gəlirləri Komitəsinin rəhbərinin sözlərinə görə, onlar öz yurisdiksiyaları çərçivəsində maksimum nəzarəti həyata keçirəcəklər ki, bu da hazırda istənilən sərhəd məsələsində aparılır.
P.S. Ermənistandakı hazırlıqlar və açıqlamalar məşhur misalı xatırladır: “Qız evində toydur, oğlan evinin xəbəri yox”.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ