Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Ali Məhkəməsi “NazarNews”un baş redaktoru Güljan Şeripbayevanın milli ədavət qızışdırmaq işi üzrə çıxarılmış bəraət hökmünü qüvvədə saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə 24.kg agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkənin ali məhkəməsi yekun qərarı iyunun 9-da verib.
Şeripbayevaya qarşı iş 2023-cü ilin noyabrında açılıb. Sonra o, 10 sutka həbs edilib. Səbəb hicablı qızın Qar qız paltarı geyinmiş fotosunun repostu olub. Jurnalist etnik ədavəti qızışdırmaqda ittiham olunub.
2024-cü ilin dekabrında Bişkek rayon məhkəməsi onu təqsirsiz hesab edib.
Həbsdən bir ay əvvəl, 2023-cü ilin oktyabrında “NazarNews” saytı Qırğızıstan Mədəniyyət Nazirliyinin təzyiqinə məruz qalıb. Agentlik baş nazir Akılbek Japarovu tənqid edən materialın yığışdırılmasını tələb edib. Sayt tələbi yerinə yetirib. 2024-cü ilin dekabrında Japarov istefa verib.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ