Onlayn ictimai-siyasi qəzet
Bloomberg Milyarderlər İndeksinə görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard dollar artıb.
Musavat.com xəbər verir ki, İndeksə görə, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard dollar qazanıb - sərvəti 24,7 milyard dollara yüksəlib. Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,67 milyard dollar artaraq 17,2 milyard dollara çatıb. Eyni zamanda NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin 4,08 milyard dollar qazanıb, onun sərvəti 23,9 milyard dollardır.
“Acron”un əsas səhmdarı Vyaçeslav Kantor ən böyük itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard dollar azalaraq 6,21 milyard dollara düşüb.
2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı Bloomberg Milyarderlər İndeksini dərc edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ