Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı həkim Elvin Hüseynov sosial şəbəkələrdə yaydığı videoda pasiyentin onu qəbul etməkdən imtina etdiyini açıqlayıb. Pasiyent əvvəlcədən xəbərdar edilməsinə baxmayaraq, “rus olmayan” həkimin qəbuluna girmək istəməyib.
Musavat.com -a hesab edir ki, bu, təkcə bir şəxsin ayrı-seçkilik mövqeyi deyil, Kreml təbliğatının son aylarda yaratdığı zəhərli mühitin nəticəsidir. Rusiya mediasında, xüsusilə dövlətin nəzarətində olan kanallarda Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Z-blogerlərin və Kremlin propaqandistlərinin davamlı hücumları cəmiyyətdə anti-Azərbaycan əhval-ruhiyyəsinin yüksəlməsinə yol açıb.
Xatırladaq ki, son aylarda rus mediasında Ukrayna ilə ikili münasibətlərimiz, Azərbaycanın müstəqil siyasəti və Moskvanın bölgədəki nüfuz itkiləri fonunda Azərbaycan “təqsirkar” kimi təqdim olunur. Bu kampaniya ictimai rəyə təsirsiz qalmır: artıq sıravi vətəndaşların davranışında da faşist meylləri müşahidə edilir.
Görünən budur ki, Kreml Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmir. Bakı həm Türkiyə, həm Qərb, həm Şərq, həm də region dövlətləri ilə balanslı əməkdaşlıq qurur, bu isə Rusiyanın hegemonluq iddialarına ziddir. Nəticədə, Moskva Azərbaycana qarşı qarayaxma aparmaqla cəmiyyətdə nifrət toxumu səpir.
Hadisə bir daha göstərir ki, Putin Rusiyası qonşularla barışmaq əvəzinə, cəmiyyətdə milli ədavəti qızışdırır. Bu isə artıq tipik faşizmin nümunəsi kimi qiymətləndirilir.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ