İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırova yeni vəzifə tapşırıldığını deyib.

Musavat.com xəbər verir ki, bundan sonra 17 yaşlı Kadırov respublikanın bələdiyyə səviyyəsində fəaliyyət göstərən təşkilatların əmlak vergilərinin ödənilməsinə nəzarət ecəcək.

Beləliklə, 17 yaşlı Adam Kadırov artıq bir neçə yüksək vəzifə daşıyır:

15 yaşından Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri,

bu ilin aprelindən Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru,

regionun Təhlükəsizlik Şurasının katibi,

“Putin” adına xüsusi təyinatlılar nazirliyinin kuratoru,

Çeçenistandan Fələstin sakinlərinə göstərilən humanitar yardımın kuratoru.

Ramzan Kadırov məsul şəxslərə göstəriş verib ki, “bələdiyyə təşkilatları tərəfindən əmlak vergisinin ödənilməsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etsinlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR