İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il dünyada ən çox cinayət hadisəsi hansı şəhərdə baş verib?

Meksikanın Kolima şəhəri 2022-ci ildə hər 100 min nəfərə 181,94 qətl hadisəsi ilə dünyada ən çox cinayət hadisələrinin baş verdiyi şəhər olaraq qeydə alınıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin İctimai Təhlükəsizlik və Cinayət Hüququ Xalq Şurasının dərc etdiyi hesabata görə, Meksika şəhərləri 6 ildir dünyanın ən təhlükəli şəhərlərinin sırasında ilk yeri tutur. Əhalisi 300 mindən çox olan və cinayət nisbətinin yüksək olduğu 50 şəhərin yer aldığı hesabatda Meksikanın 17 şəhərinin adı var. Dünyada cinayət nisbəti ən yüksək olan 10 şəhərdən 9-u bu ölkədədir. Hesabatda ölkədə fəaliyyət göstərən cinayətkar təşkilatların əməllərinə göz yumduğu və bununla da cinayətə şərait yaratdığı iddia edilən mövcud hakimiyyət tənqid olunub. Cinayətlərə qarşı tədbir görən ölkələrdə nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyi vurğulanan hesabatda keçmişdə ən çox zorakılığın törədildiyi Salvador və Qvatemalada təsirli tədbirlərlə bu sahədə xeyli irəliləyişin olduğu bildirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR