İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Bakıda müşahidə kameraları 2 minə yaxın yol qəzasını qeydə alıb

Ötən il nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan 2 013 nasaz nəqliyyat vasitəsi kameralar vasitəsilə aşkarlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, sıxlığın qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təmin edilib.

Bundan başqa məlumata əsasən, müxtəlif küçə və prospektlərdə il ərzində baş verən 1.955 yol-nəqliyyat hadisəsi ilkin olaraq Mərkəzə məxsus kameralar vasitəsilə qeydə alınıb və qəza səbəbindən yollarda yaranan sıxlığın qarşısını almaq üçün dərhal DYP-yə məlumat verilərək müvafiq tədbirlərin görülməsi təmin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR