İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il 86 jurnalist öldürülüb

Ötən il dünyada 86 jurnalist və mətbuat əməkdaşı öldürülüb.

Bu barədə UNESCO-nun məlumatında bildirilib. Qeyd olunub ki, 2022-ci ildə Latın Amerikası və Karib hövzəsində 44 jurnalist öldürülüb. Münaqişə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 20-dən 23-ə yüksəlib.

Jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən mütəşəkkil cinayətkarlıq, silahlı münaqişə, artan ekstremizm və ya korrupsiya, ekoloji cinayət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya nümayişlər kimi həssas mövzuları işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR