Onlayn ictimai-siyasi qəzet
İstanbul aeroportu 18-24 noyabr tarixləri arasında gündəlik orta hesabla 1318 uçuş həyata keçirməklə Avropanın ən işlək hava limanı seçilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumat Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) “Avropa aviasiya hesabatı”nda verilib.
Hesabata görə, İstanbul aeroportu dövr ərzində gündəlik orta hesabla 1318 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündəlik 1243 uçuşla Londonun “Hitrou”, 1240 uçuşla Amsterdamın “Şiphol” və 1151 uçuşla “Frankfurt” aeroportları izləyir.
“Sabiha Gökçen” hava limanı gündəlik 648 uçuşla 10-cu yerdə qərarlaşıb.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ