İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan: Ermənistan Azərbaycana tam tabe olur

“Tavuşda Ermənistan üçün eyni vaxtda iki həyəcanverici proses cərəyan edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən səslənib.

“Birincisi, Ermənistanın ərazi bütövlüyünün (Oskanyan Azərbaycanın qanuni torapqlarının geri qaytarımasını həyasızlıqla belə adlandırır-red.) konstitusiyanın açıq-aşkar pozulmasıdır. İkincisi, Ermənistanın onsuz da kövrək olan demokratiyasının tamamilə məhv olmasıdır.

"Bu, qarşılıqlı razılıq əsasında delimitasiya prosesi deyil. Bu, sadəcə olaraq, Ermənistanın müharibə və işğal təhlükəsi altında Azərbaycanın tələblərinə tabe olmasıdır. Təslim olma prosesi yeni başlayır və onun sonunda Ermənistan xeyli miqdarda ərazi itirəcək. Bu, həm də Ermənistanın daimi olaraq Azərbaycana tabe olmasına gətirib çıxaracaq. Bunun nəticəsində ölkə strateji dəyərdən məhrum olacaq”, - deyə Oskanyan qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR