İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan qarışmaq ərəfəsində

Hakimiyyət iğtişaşları dağıtmaq üçün Tiflis ətrafına qüvvələr yerləşdirir

“Gürcüstan hakimiyyəti opponentlərinin oktyabrın 4-nə, bələdiyyə seçkiləri gününə planlaşdırdıqları dövlət çevrilişi cəhdinin qarşısını almağa hazırlaşır. Bunun üçün onlar xüsusi təyinatlılar hazırlayır, radikal müxalifət liderlərini saxlayırlar. Hakimiyyət uğrunda mübarizənin hüquqi üsullarından əl çəkməyənlərə qarşı kompromatlar müharibəsi elan edilib”.

Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazet”a yazıb. Yenidən Tiflis meri seçilməyə ümid edən Kaxa Kaladzenin seçki qərargahında etirazlar davam edir. Xüsusilə, sentyabrın 8-i axşam onlar hazırkı hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasında dava ilə nəticələnib. Rusiya nəşri yazır ki, hakimiyyət rəqiblərinə təzyiqləri artırıb. Məlum olub ki, bir neçə gün əvvəl həbs edilən Vahid Milli Hərəkatın siyasi şurasının üzvlərindən biri Levan Xabeişvili təkcə dövlət çevrilişinə çağırışda suçlanmır, o, oktyabrın 4-də hökumət əleyhinə nümayişləri dağıtmaqdan imtina edən polislərə 200 min dollar verəcəyi vədi edirmiş. Buna görə onu 4 ildən 7 ilə qədər həbs gözləyir.

Kaladzenin sözlərinə görə, hakimiyyət iğtişaş cəhdlərinə seyrçi qalmaq niyyətində deyil. "Devirmək, çevriliş etmək, yandırmaq və qanunla cəzalandırılır. Kimsə belə faktlara cavab verilməyəcəyini düşünürsə, çox yanılır. Bizdə çoxlu müxtəlif məlumatlar var, konkret sübut və faktlar var. Bu cinayətlərin heç biri cavabsız qalmayacaq", - hazırkı mer bildirib.

Elan edilmiş mitinqlərə gəlincə, Kaladze iddia edib ki. Avropa İttifaqının səfirlərini mütləq ön sıralarda görünəcəklər: “Onlar bu quruma rəhbərlik edənlərdir. Gürcüstanda radikal qrupların səfir timsalında himayədarları var. Müvafiq vəsaitlər, göstərişlər kənardan gəlir və bu konkret səfirlər insanlar arasında nifrətin, şərrin və qarşıdurmanın qızışdırılmasında birbaşa iştirak edirlər”.

Paralel olaraq Gürcüstan hökuməti Tiflis yaxınlığında təhlükəsizlik qüvvələrinin genişmiqyaslı təlimləri təşkil edib. Məlumata görə, hakimiyyət mitinqləri dağıtmaq üçün yeni texnikanı sınaqdan keçirmək üçün paytaxtdan və yaxınlıqdakı şəhərlərdən xüsusi təyinatlılar toplayıb. 

Screenshot_1.png (837 KB)

“NG” yazır ki, seçkiyə qatılmayan müxalifət də təzyiqlərdən sığortalanmayıb. Belə ki, keçmiş baş nazir, “Gürcüstan üçün Qaxariya” partiyuasının lideri Giorgi Qaxariyanın koronavirus pandemiyası zamanı əldə etdiyi iddia edilən xarici aktivlərə malik olduğu haqda kompromat material yayılıb. Onun mülkləri ilə bağlı bəyannamdə qeyd etmədiyi Parisdə 83 kvadratmetr sahəsi və 472 min avro dəyərində mənzili olduğu üzə çıxıb.

Politoloq Nika Çitadzenin fikrincə, seçkiyə qatılan müxalifətdən “Gürcüstan üçün Qaxariya” və “Lelo”nun namizədləri mer seçilkilərtində uğur qazana bilməyəcəklər. Ən yaxşı halda, bu iki partiya öz üzvlərini qərarların qəbulu prosesinə təsir etməyəcək bir neçə bələdiyyə deputatı edə biləcəklər", - Çitadze deyib.

Eyni zamanda o qeyd edib ki, “Gürcü arzusu”nun əleyhdarlarının başqa bir hissəsinin hazırlaşdığı etiraz aksiyaları o zaman uğurlu ola bilər ki, insanlara müxalifətin niyə hakimiyyətdən üstün olması izah edilsin. "Belə işlər görülür, amma təbliğatçıların indiki hakimiyyətdən daha yaxşı bacardıqlarına dair konkret misallar çatışmır. Bundan başqa, oktyabrın 4-də insanlar mitinqə çağırılır, amma orada konkret nə baş verəcəyi onlara deyilmir. Hələlik ənənəvi "toplan, dağılışma" çağırışlarını eşidirik", - ekspert yekunlaşdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR