Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliyanın “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəlib.
Lissabondakı “Eştadiu da Luş” stadionunda keçirilən görüşdə ilk iki qolu meydan sahibləri vurub — 6-cı dəqiqədə Entso Barrenecеa, 16-cı dəqiqədə isə Vanqelis Pavlidis fərqlənib.
Daha sonra oyuna dönüş edən “Qarabağ”ın heyətində
— 30-cu dəqiqədə Leandro Andrade,
— 48-ci dəqiqədə Kamilo Duran,
— və 86-cı dəqiqədə Aleksey Kaşuk qollarla yadda qalıb.
Bu nəticə ilə “Qarabağ” mövsümə tarixi səfər qələbəsi ilə başlayıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası turnirin II turunda oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
17 Sentyabr 2025
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ