İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuza qarşı təxribatlarda iştirak etmiş daha bir əsgər kazarmada yanıb - FOTO

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün Basarkeçər rayon Ağkilsə kəndindəki kazarmasında yanan 15 əsgərdən daha birinin sentyabr döyüşlərində iştirak etdiyi məlum olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sıravi, 19 yaşlı David Sarkisyan Araqatsotn (Alagöz rayonu - M.) rayonunun Koş kəndindəndir. İki gündən sonra onun orduya çağırılmasının bir ili tamam olacaqdı. İcmanın administrativ rəhbəri Aşot Yengibaryan deyib ki, Sarkisyanın iki qardaşından birini bir neçə gün əvvəl orduya çağırıblar. İcma rəhbəri yanan əsgərin sentyabr döyüşlərindən sağ qurtardığını da açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl yanan digər əsgər Hayk Kirakosyanın da sentyabr təxribatlarında iştirak etdiyi barədə məlumat verilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR